BMT-dən “Qaşıqçı” təlimatı! DƏRHAL QALDIRIN

Baxış sayı:
3949

Birləşmiş Millətlər Təşkilatı (BMT), Camal Qaşıqçı hadisənin aydınlaşdırılması üçün Səudiyyə Ərəbistanının baş konsulu və konsulluq əməkdaşlarının toxunulmazlığının götürülməsini istəyib.
 
Bu yöndə açıqlama verən BMT insan haqları komissarı Mişel Baçelet, hadisənin bir an əvvəl aydınlanması üçün Səudiyyə Ərəbistanının baş konsulu və konsulluq əməkdaşlarının toxunulmazlığının götürülməsini tələb edib.
Baçelet açıqlamasını bu sözlərlə bitirib: "Diplomatik toxunulmazlıq, olanların və məsuliyyət daşıyanların müəyyən olunmasını əngəlləmək üçün istifadə edilməməlidir".
Qeyd edək ki, “Vaşinqton Post” qəzetinin yazarı Camal Qaşıqçı, 2 oktyabrda rəsmi prosedurlar üçün Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna daxil olandan sonra ondan bir daha xəbər tutulmayıb.
Müxalifət.az