BMT-dən KXDR-ə yeni sanksiyalar

Qətnamə BMT üzvü olan ölkələrə KXDR-dən bəzi məhsulları almağı qadağan edir
 
ABŞ BMT-nin Təhlükəsizlik Şurası üçün Koreya Xalq Demokratik Respublikasının (KXDR) gəlirinin ixtisarına yönəldilmiş qətnamə hazırlayıb.
Bu barədə "Reuters" Təhlükəsizlik Şurasının nümayəndəsinə istinadən məlumat yayıb.
Qətnamə üzv ölkələrə Koreya Xalq Demokratik Respublikasından dəmiri, qurğuşunu, filizləri, kömürü və dəniz məhsullarını almağı qadağan edir. Agentliyin müsahibi həmçinin bildirib ki, o, Rusiya və Çinin razılaşmanı dəstəkləyəcəyinə əmindir.
Daha əvvəl bildirilib ki, ABŞ Dövlət Departamenti bütün amerikalıları sentyabrın 1-ə qədər Koreya Xalq Demokratik Respublikasını tərk etməyə çağırıb.