BMT-dən kritik açıqlama: Türkiyə və Rusiya..

Baxış sayı:
4606

Soçidə bir araya gələrək Suriya məsələsində anlaşma əldə edən prezident Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin görüşməsindən sonra BMT-nin Suriya üzrə müşaviri Yan Egeland açıqlama verib.
 
Yan Egeland, Türkiyə və Rusiyanın İdlib müqaviləsinin detalları üzərində də çalışdıqlarını, böyük bir qətliamı əngəl olacaqlarını deyərək, "Rus-Türk İdlib planı bir çox bölgədə müharibənin dayanacağı anlamına gəlir. Amma daha çox silahlı qruplar arasında qarşıdurmalar ola bilər" deyə, bildirib.
Qeyd edək ki, həftənin əvvəlində Rusiyanın Soçi şəhərində prezident Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin bir araya gələrək Suriya məsələsində mühüm detalları müzakirə etmiş və bir anlaşma əldə etmiş, ölkələrdən də İdlib üçün əhəmiyyətli bir addım atıldığına dair dəstək bəyanatları gəlmişdi.
Müxalifət.az