BMT-dən İsrailə ittiham: MÜHARİBƏ CİNAYƏTİ SAYILA BİLƏR

Baxış sayı:
3388

Birləşmiş Millətlər Təşkilatı (BMT) İşğal Altındakı Fələstin Torpaqlarındakı İnsan Haqları üzrə xüsusi məruzəçisi Maykl Lynk, İsrailin Fələstinli nümayişçilərə qarşı güc istifadə etməsinin müharibə cinayəti ola biləcəyini söyləyib.
 
Xüsusi Məruzəçi Lynk, etdiyi yazılı açıqlamada, İsrail hökumətinə müraciət edərək Qəzza sərhədində İsrail təhlükəsizlik qüvvələrinə "inandırıcı bir təhdid" təşkil etməyən Fələstinli nümayişçilərə qarşı "ölümcül hücumların" dərhal dayandırılmasını istəyib.
İsrailin mülki vətəndaşlara hədsiz güc tətbiqinin dayandırılmasının lazım olduğunu vurğulayan Lynk, Qəzza sərhədindəki hücumları davam etdirən təhlükəsizlik qüvvələrinə icazə verən hərbi və siyasi sistemdəki vəzifəlilərin hesab verməsi lazım olduğunun vurğulayıb.
 
MÜHARİBƏ CİNAYƏTİ VURĞUSU
 
Beynəlxalq insan hüquqları hüququnun, güc orqanları tərəfindən güc tətbiqi məsələsində qatı qadağalar qoyduğunu təkrarlamalıyam" deyən Lynk, həyati və ya ciddi yaralanma təhlükəsi olmadıqca nümayişçilərə qarşı "ölümcül güc" işlədilməsinin qadağan olduğunu vurğulayıb.
Lynk, "İşğal kontekstində, nümayişcilərin bu qaydalara zidd olaraq öldürülməsi, dördüncü Cenevrə Konvensiyasının ağır şəkildə pozulması, qəsdən öldürmə və müharibə cinayəti mənasına gələ bilər” deyə, dəyərləndirmə edib.
Müxalifət.az