​BMT-dən İrana dəstək: Tramp bunu gözləmirdi...

Baxış sayı:
625

İranın ticarət əlaqələrini hədəf alan sanksiyalar mülki əhaliyə qarşı iqtisadi müharibədir.
Muxalifet.az xəbər verir ki, bunu BMT-nin xüsusi nümayəndəsi İdris Cəzairi deyib.
O bildirib ki, belə məhdudlaşdırıcı sanksiyalar zamanı əhalinin qorunması üçün tədbirlər görülməlidir.
Cəzairi vurğulayıb ki, sanksiyalardan sonra humanitar yüklərin və gündəlik istehlak mallarının da İrana gətirilməsində çətinliklər yaranıb.
Qeyd edək ki, Donald Tramp 5 noyabrda İrana qarşı növbəti iqtisadi sanksiyaların tətbiqi ilə bağlı sərəncam imzalayıb.