BMT-də Ərdoğan-Putin anlaşması müzakirə olundu

Baxış sayı:
2569

Türkiyə ilə Rusiya arasındakı razılaşma dünən BMT Təhlükəsizlik Şurasında müzakirə edilib.
 
 BMT-nin Suriyadakı xüsusi nümayəndəsi Staffan de Mistura, Putin və Ərdoğana təşəkkür edərək, "Bu görüş çox əhəmiyyətli bir nəticə oldu" deyib. ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Jeffrey Rusiyanı təcavüzkar ifadələrlə ittiham edib.  Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vassily Nebenzia, müqavilənin tarixi bir dönüş nöqtəsi olduğunu söyləyib. Nebenzi də razılaşmanın atəşkəsin davam etdirilməsinə və terrorla mübarizəyə də yardım edəcəyini söyləyib. Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu isə "Bu razılaşma yalnız İdlib istiqamətli hücumlara əngəl yaratmaqla məhdudlaşmayacaq, eyni zamanda son hədəf olan Suriyada siyasi prosesi sürətləndirmək məqsədinə xidmət edəcək' deyə, bildirib.
Müxalifət.az