BMT-də PKK haqda QORXUNC HESABAT

Baxış sayı:
5956

BMT Təhlükəsizlik Şurasında münaqişələrdə cinsəl zorakılıq hadisələrinin müzakirə edildiyi sessiyada çıxış edən Begeç, dəhşətli cinsi zorakılıq hadisələrinə diqqəti çəkib. Begeç: "Terror təşkilatı PKK/PYD-YPG, BMT-nin hesabatlarında da yer aldığı kimi, işgəncə və cinsi zorakılığa əl atır" – deyib.
 
BMT Təhlükəsizlik Şurasında münaqişələrdə cinsəl zorakılıq hadisələrinin müzakirə edildiyi sessiyada çıxış edən Begeç, Suriyada, həm Əsəd rejimi, həm də İŞİD və PKK/PYD-YPG kimi terror təşkilatlarının törətdiyi, BMT hesabatlarına da daxil olan dəhşətli cinsi zorakılıq hadisələrinə diqqəti cəlb edib.
 
İŞKƏNCƏ VƏ CİNSİ ZORAKILIĞA Əl ATIRLAR
 
Türkiyənin BMT-dəki daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Güvən Begeç, “Terror təşkilatı PKK/PYD-YPG, BMT-nin hesabatlarında da yer aldığı kimi, işgəncə və cinsi zorakılığa əl atır” deyib. BMT Beynəlxalq Müstəqil Suriya Araşdırma Komissiyasının keçən ay dərc olunan hesabatının, terror təşkilatı PYD/PKK-nın örtük təşkilatı olan SDG-nin Raqqada saxladığı kişilərə zor tətbiq etdiyi, cinsi orqanlarını yandırdığı və ya yandırmaqla təhdid etdiyini ortaya qoyduğunu xatırladan Begeç, "Terror təşkilatı PKK/PYD-YPG, BMT-nin hesabatlarında da yer aldığı kimi, işgəncə və əzab və cinsi zorakılığa əl atır" deyə, söyləyib.
 
MYANMA ORDUSUNUN ARAKANLILARA QARŞI ZORAKILIQ HADİSƏLƏRİ
 
BMT--nin baş katibi Antonio Guterresin BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi, münaqişələrdə cinsi zorakılıq hadisələrini ortaya qoyan hesabatına toxunan Begeç, Myanma ordusunun Arakanda Rohingya Müsəlmanlarına tətbiq etdiyi zorakılıq hadisələrinin də son dərəcə "narahat edici" olduğunu vurğulayıb. Begeç, beynəlxalq ictimaiyyətin Myanma hökumətindən Arakanlı qaçqınların təhlükəsiz bir şəkildə kəndlərinə qayıtmasını təmin etməsini, humanitar yardımların daxil olmasına icazə verməsini, cinsi zorakılıq, o cümlədən bütün zorakılıq hadisələrinə son verməsini və bu "çıxılmaz dairə"dən çıxılması gözlədiyini sözlərinə əlavə edib.

Müxalifət.az