BMT-də İngiltərədən Ərdoğana dəstək

Baxış sayı:
4969

İngiltərənin BMT-dəki daimi nümayəndəsi Karen Piers, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Wall Street Journal” qəzetində İdlib ilə bağlı qələmə aldığı məqaləyə istinad edərək “Prezident Ərdoğanla tamamilə razıyıq” deyib.
 
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, (BMT TŞ) Rusiyanın tələbi ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin ilə İran prezidenti Həsən Ruhaninin Tehranda keçirdiyi zirvə görüşünün nəticələrini və İdlibdəki prosesləri müzakirə etmək üçün toplanıb.
Şurada İngiltərənin daimi nümayəndəsi Piers, “Əsəd rejimi və Rusiyanın İdlibə hücum etməsi, ya da Türkiyənin terrorçuları ayırd edib, onlarla mübarizə etməsi arasında bir seçim etməliyik. Türkiyənin İdlib üçün bir planı var, müxaliflər terrorçularla mübarizə edərkən rejim onlara hücum etməyəcək. Şuranın bunu danışması lazımdır” deyə, söyləyib.
 
ƏRDOĞANLA TAMAMİLƏ RAZIYIQ
 
Karen Piers, prezident Ərdoğanın “Wall Street Journal” qəzetində İdlib ilə bağlı qələmə aldığı məqaləyə istinad edərək “Prezident Ərdoğanla tamamilə razıyıq” deyib.
Müxalifət.az