BMT-də gərginlik: 3 ÖLKƏ ZALI TƏRK ETDİ

Baxış sayı:
6040

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Suriyanın Duma şəhərində baş verən kimyəvi hücumu müzakirə etmək üçün Nyu Yorkda toplaşdı. İclasda ABŞ və Rusiya arasında kəskin mübahisələr baş verib. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Haley, qərar nə olursa-olsun, hücuma qarşılıq veriləcəyini deyib.
 
Rusiya isə ehtimal olunan bir müdaxilənin ciddi nəticələr doğuracağını vurğulayıb. BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi də bir xəbərdarlıq edərək "ilk dəfə yalnız regional, milli və ya Suriyanın təhlükəsizliyi deyil, beynəlxalq təhlükəsizlikdən narahatlıq duyduğum bir nöqtəyə çatılıb" deyə, bildirib. Tribunaya Suriya səfirinin çıxdığı zaman, ABŞ, İngiltərə və Fransa nümayəndələri zalı tərk edib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası (BMT TŞ) Suriyada rejimin mühasirəsi altındakı Şərq Gutanın Duma rayonundakı kimyəvi silah hücumundan sonra Fransa, İngiltərə, ABŞ və şuranın müvəqqəti üzvlərindən Fil Dişi Sahili, Hollandiya, Peru, Polşa, Küveyt və İsveçin tələbilə toplaşıb.
Müxalifət.az