BMT-də ABŞ, Rusiya və Çin Venesuela üstündə tutaşdı!

Baxış sayı:
6439

 ABŞ-ın Venesuelada beynəlxalq müşahidəçilərin nəzarəti altında seçki keçirmək çağırışı edən layihəsi BMT Təhlükəsizlik Şurasında Rusiya və Çin tərəfindən veto edilib. Eyni şəkildə, Rusiyanın Venesuela layihəsi də rədd edilib.
 
Digər tərəfdən, Rusiyanın Venesuelanın siyasi müstəqilliyinə qarşı güc tətbiqinə və daxili işlərinə müdaxiləyə qarşı çıxan layihəsi isə yetərli dəstəyi ala bilmədiyi üçün qəbul edilməyib.
ABŞ-ın layihəsinə Şuranın müvəqqəti ölkələrindən Cənubi Afrika da qarşı çıxıb. Layihəyə 9 ölkə dəstək verib, Ekvador, İndoneziya və Fil Dişi Sahili isə bitərəf qalıb.
Rusiyanın Venesuelanın siyasi müstəqilliyinə qarşı güc tətbiqinə və daxili işlərinə müdaxiləyə qarşı çıxan layihəsi isə 9 üzv ölkənin dəstəyini ala bilmədiyi üçün qəbul edilməyib. Rusiyanın layihəsinə 4 ölkə dəstək verərkən 7 ölkə əleyhinə çıxıb, 4 ölkə isə bitərəf qalıb.
 BMT Təhlükəsizlik Şurasında bir layihənin qəbulu üçün 15 üzvdən ən azı 9-un müsbət səs verməsi və beş daimi üzvü Rusiya, Çin, ABŞ, Fransa və Böyük Britaniyanın veto hüququnu istifadə etməməsi lazımdır.
Müxalifət.az