​BMT ailəsindən qaçan qızı himayəsinə götürdü

Baxış sayı:
10825

Səudiyyə Ərəbistanının təbəəsi, 18 yaşlı Rahaf Məhəmməd əl-Kunun BMT-nin Mühacirlər üzrə Ali Komissarlığının himayəsi altına alınıb.
Muxalifet.az xəbər verir ki, o, sığınacaq almaq məqsədilə Avstraliyaya getmək istəyirmiş. Ancaq sənədlərində problem olduğundan Taylandın paytaxtı Banqkokda onu saxlayıblar. Rahaf Məhəmməd əl-Kunun ailəsinə veriləcəyi təqdirdə, işgəncəyə məruz qalacağını bildirib:
"Hətta məni öldürə də bilərlər. Bir dəfə saçımı kəsdirdiyim üçün ailəm məni 6 ay bağlı otaqda saxlamışdı”. Bu səbəbdən o, Tvitter səhifəsindən hadisəni dünya gündəminə çıxarıb.
Taylandın miqrasiya məsələləri üzrə məsul şəxsi Suraceyt Hakparn deyib ki, getmək istəməsə, ona zor tətbiq edilməyəcək.
Bu arada, atası Rahafla görüşmək üçün Taylanda səfər edib.