​BMAM: Seçkilərdə heç bir qanun pozuntusu qeydə alınmayıb

Baxış sayı:
3022

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) prezident seçkiləri ilə bağlı bəyanatı açıqlanıb.
Muxalifet.az xəbər verir ki, BMAM müşahidə missiyası seçki günü Bakı şəhəri və regionlar daxil olmaqla, 50-dən çox seçki dairəsi və 200-ə yaxın seçki məntəqəsində müşahidələr aparıb.
Müşahidə missiyası heç bir qanun pozuntusu qeydə almayıb.
Vurğulanıb ki, məntəqələr üzrə, hətta ən ucqar seçki məntəqələrində belə seçici fəallığı yüksək olub. “Seçkilərdə heç bir qanun pozuntusu olmayıb. Seçkinin Seçki Məcəlləsi və beynəlxalq normalara uyğunluğu yüksək səviyyədə təmin olunub. İntensiv olaraq aparılan müşahidələr bu seçkilərin demokratik cəmiyyət quruculuğu yolunda növbəti mühüm addım olduğunu göstərir. Bu seçkilərdə seçki texnologiyalarının tətbiqi imkanları daha da genişləndirilib, seçici hüquqlarını məhdudlaşdıra biləcək bütün digər hallar aradan qaldırılıb. Aparılan müşahidələr göstərdi ki, Azərbaycanda keçirilmiş prezident seçkiləri azad, demokratik və şəffaf, eyni zamanda beynəlxalq seçki prosedurlarına uyğun olub”.