Bloqerin Azərbaycana verilməsini Rusiya yox, Avropa Məhkəməsi qadağan edib - TƏFƏRRÜAT

Baxış sayı:
298

Bloqer Elvin İsayevin Rusiyadan Azərbaycana deportasiyasını Avropa İnsan Haqları Məhkəməsi qadağan edib.

Virtualaz.org E.İsayevin vəkillərinə istinadən bildirir ki, onlar Avropa Məhkəməsinin 39-cu Qaydasından, hansı ki,  şəxslər ictimai əhəmiyyət daşıdıqda və ya onlara təhlükə olduqda təcili tədbir kimi deportasiya və ya ekstradisiyasını qadağan edir, faydalanıblar.

Bu vəziyyətdə Elvin İsayevin işi təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndəriləcək. Onu mühakimə olunana qədər deportasiya edə bilməzlər. Çünki bu, Avropa Məhkəməsinin müddəalarının pozulması olar.

Vəkillər Elvin İsayevin sabah sərbəst buraxılacağını da qeyd ediblər.

Həmçinin qeyd etməyə dəyər ki, Rusiya və Azərbaycan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasındadırlar və buna görə onun qərarlarının icrası onlar üçün məcburidir.

Xatırladaq ki, bundan əvvəl Rusiya məhkəməsi Elvin İsayevin vətəndaşlıqdan məhrum edilməsi barədə qərar qəbul etmişdi. Onun tez bir zamanda Azərbaycana deportasiyası gözlənilirdi.

Onu da xatırladaq ki, Elvin İsayev sosial şəbəkələrdə uzun müddət və mütəmadi olaraq Azərbaycanın vəzifəli şəxslərinin ünvanına söyüş dolu çıxışlar edib və dövlət məmurlarına qarşı terrora çağırıb.