Bloqer Mehman Hüseynova nə iynələri vurulub? - HƏKİM ÇAĞIRILIB VƏ...

Baxış sayı:
8791

"Cəzaçəkmə müəssisəsində saxlanılan bloqer Mehman Hüseynov Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb".

Bunu “Turan”a vəkil Şəhla Hümbətova M.Hüseynovun qardaşı, mühacirətdə olan hüquq müdafiəçisi Emin Hüseynova istinadən deyib.

Vəkil vurğulayıb ki, qardaşının sözlərinə görə, dekabrın 30-u M.Hüseynovun səhhəti ilə bağlı həkim çağırılıb, ona iynələr vurulub: "Bayram günləridir deyə, cəzaçəkmə müəssisəsinə buraxılış yoxdur. Ona görə də vurulan iynələrin nə iynələr olduğunu bayramdan sonra yanına getdikdə öyrənə biləcəyəm”.

Qeyd edək ki, bloqerin təcridxanaya köçürülməsi ona qarşı qaldırılmış yeni cinayət işinin istintaqı ilə bağlıdır.

Xatırladaq ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi Rayon Polis idarəsinin rəisinin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb.

26 dekabrda ona qarşı koloniya əməkdaşını döyməklə bağlı yeni ittiham irəli sürülüb. M.Hüseynov buna etiraz olaraq müddətsiz aclıq elan edib