​Bloomberg: "Qarabağ dünyada ən təhlükəli separatizmdir"

"Sərhədləri yenidən çəkərək: daha beş separatizm hərəkatı, onları nəzarətdə saxlamağa dəyər".
Nüfuzlu “Bloomberg” nəşri bu başlıq altında Kataloniyada müstəqillik haqqında bu yaxınlarda keçirilən referendumla bağlı material dərc edib.
"Parçalanma dövrü: dövlətlərin yaranmasının beynəlxalq və daxili amilləri" kitabının müəllifi Rayan Qriffitsin sözlərinə görə, bütün dünyada 50-dən çox aktiv separatizm hərəkatı mövcuddur.
“Bloomberg” onlardan beşini seçib: Şotlandiya, Pridnestrovye, Dağlıq Qarabağ, İraq Kürdüstanı və Mindanao. Yazıda onlardan hər birinə xüsusi yer ayrılıb.
Nəşr xatırladır ki, ermənilər Dağlıq Qarabağı və Azərbaycanın yeddi rayonunu (bufer zonası kimi) 1991-1994 illərdə döyüş əməliyyatlarının gedişatında zəbt ediblər. Müharibə nəticəsində 25000 insan həlak olub, daha milyon insan qaçqına çevrilib.
O vaxtdan beynəlxalq vasitəçilər sülh sazişi bağlaya bilməyiblər. Nəzərə alsaq ki, keçən ilin aprelində, dördgünlük döyüş əməliyyatları zamanı yüzlərlə insan həlak oldu, deməli, gərginlik qalmaqda davam edir.
Ermənistan, hansı ki, “DQR”ə maliyyə və hərbi dəstək göstərir, deyir ki, Dağlıq Qarabağ öz müqəddəratını təyin etmə hüququna malikdir. Buna baxmayaraq, heç Yerevan özü də həmin bölgəni müstəqil dövlət kimi tanımayıb. Azərbaycan isə təkid edir ki, onun ərazi bütövlüyü bərpa edilməlidir. Və Bakı bu halda regiona geniş muxtariyyət təklif etməyə hazırdır(virtualaz.org).