Bloger Mehman Hüseynovun azadlığa buraxılması tələb edilir

Baxış sayı:
12247

Demokratik Qüvvələrin Milli Şurası, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı, Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları bloger Mehman Hüseynova qarşı yeni cinayət işinin başlanmasını pisləyən bəyanatlarla çıxış edib.
 
Bəyanatlarlada aclığı davam etdirən blogerə dəstək ifadə olunur, onun dərhal azadlığa buraxılması tələb edilir.
 
Milli Şura: "Blogerin rejimi ittiham etmәsi hakimiyyәti aqressivlәşdirib”

Milli Şura hakimiyyәtdәn Mehman Hüseynovu vә başqa siyasi mәhbusları yubanmadan azad etməsini, günahsız insanlara hәbsxanada tәkrar cinayәt işi quraşdırılaraq hәbs müddәtini artırmaq tendensiyasına son qoymasını tələb edir.
“Mehman Hüseynova yeni cinayәt işinin açılması ilk hadisә deyil. İlham Әliyev hakimiyyәti siyasi mәhbusları hәbs müddәtlәri bitәn әrәfәdә yenidәn şәrlәyәrәk tәkrar mühakimә etmәyin әnәnәsini yaratmaqdadır. Mehman Hüseynova qәdәr siyasi mәhbuslardan Әli İnsanov, Mәmmәd İbrahim vә Telman Şirәliyev eyni münasibәtlә üzlәşib,” sənəddə qeyd edilir.
Milli Şura hesab edir ki, blogerə qarşı yeni cinayət işinin qaldırılması onu ram edә bilmәdiklәrindən irəli gəlir.
Hazırda Mehman Hüseynova tәzyiq edirlәr ki, hәbsdәn çıxandan sonra bloqçuluq fәaliyyәtini dayandıracağı haqda öhdәlik götürsün.
“Hazırda Mehman Hüseynova tәzyiq edirlәr ki, hәbsdәn çıxandan sonra bloqçuluq fәaliyyәtini dayandıracağı haqda öhdәlik götürsün. Mehman Hüseynov isә bundan imtina edir. İlham Әliyev hökumәti bu gәnc bloqçunun onların korrupsiya әmәllәrini çәkib ifşa etmәsini bağışlamaq istәmir. Üstәlik Mehman Hüseynovun hәbsxanada da mәtin qalması, anasının ölümünә görә İlham Әliyev başda olmaqla, rejimi ittiham etmәsi hakimiyyәti ona qarşı daha da aqressivlәşdirib.”
Milli Şura beynәlxalq birliyi Azәrbaycan hakimiyyәtinin bu yeni repressiv hәrәkәtinә seyrçi qalmamağa, onu durdurmaq, siyasi mәhbusların azadlığına nail olmaq üçün ünvanlı sanksiyalar da daxil olmaqla, konkret tәsirli tәzyiq vasitәlәrinә әl atmağa çağırır.
 
ADR Hərəkatı: "Blogerin sağlamlığına görə Azərbaycan hakimiyyəti məsuliyyət daşıyır"

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının bildirir ki, hazırda həbsxanada aclıq keçirən Mehman Hüseynovun sağlamlığına görə məsuliyyəti Azərbaycan hakimiyyəti daşıyır.
“ADR Hərəkatı hakimiyyəti tanınmış blogerin üzərindən uydurma ittihamı götürməyə və onu azad etməyə çağırır,” sənəddə deyilir.
 
Müsavat Partiyası: "Siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edirik"

Musavat AKM Strasburqda Avropa Şurasının binası qarşısında siyasi məhbuslara azadlıq tələb edir.
Müsavat Partiyası blogerəa qarşı qanunsuzluqlara dərhal son qoyulmasını tələb etməklə yanaşı xatırladır ki, ölkədə hüquqi dövlətin qurulacağı, hər kəsin törətdiyi əmələ görə qanun qarşısında cavab verəcəyi gün uzaqda deyil.
“Müsavat Partiyası siyasi hakimiyyətdən Konstitusiya və qanunlara, insanların fundafental hüquqlarına hörmətlə yanaşmağı, eyni zamanda Mehman Hüseynov və digər siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edir,” partiyanın bəyanatında qeyd edilir.
 
Əli Kərimli: "Mehman Hüseynovu tək qoymamalıyıq"
 
AXCP sədri Əli Kərimli cəmiyyəti Mehman Hüsenyovu bu, çətin məqamda tək qoymamamağa çağırır.
“Bütövlükdə cəmiyyət olaraq onunla həmrəy olduğumuzu ən müxtəlif formalarda ifadə edək, o qeyd edir.
 
Mehman Hüseynovun həbs tarixçəsi
 
Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger itthamın yalan və böhtan olduğunu bildirib. Dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını vəkilləri vasitəsi ilə bəyan edib.
Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.
Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.
Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.