Bələdiyyə sədrinin oğlunun öldürülməsi ilə bağlı TƏFƏRRÜAT

Hadisə gecə radələrindən toydan çıxarkən baş verib. İki dost arasında söyüş üstündə mübahisə yarandığı və Cabir Savxanovun həmkəndlisini ayağından bıçaqladığı bildirilir.
 
Bıçaq şah damarını kəsdiyi və xəstəxanaya gec çatdırıldığı üçün Sahib Həsənovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, qətlə yetirilən 22 yaşlı Sahib nişanlı olub.