Bələdiyyə sədrinin oğlu qonşusunu qız üstündə bıçaqlayıb - TƏFƏRRÜAT

Baxış sayı:
435

Xəbər verdiyimiz kimi, Kürdəmirdə bələdiyyə sədrinin oğlu həmkəndlisini bıçaqlayıb. Muxalifet.az bildirir ki, unikal.org hadisənin təfərrüatlarını öyrənib. Belə ki, rayonun Ərəbqubalı kənd Bələdiyyəsinin sədri Adıgözəl Şirinovun oğlu nişanlısı olduğu avtomobili küçədə saxlayıb. Bu zaman həmkəndlisi 1988-ci il təvəllüdlü Hüseynov Şəhadət İnqilab oğlu ona iradını bildirib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Sonra mübahisə davaya çevrilib. Bu zaman 1994-cü il təvəllüdlü Hacıalı Şirinov bıçaqla ona xəsarət yetirib. Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyəti ağır olduğundan müalicəsini davam etdirmək üçün onu Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər. Hadisəni törədən Hacıalı Şirinov şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.