BƏLƏDİYYƏ SƏDRİ VƏTƏNDAŞLARIN TORPAĞINI ZƏBT EDİB – Üstəlik, taxıl əkilən sahənin ortasından özünün fermer təsərrüfatına yol salıb / PREZİDENTƏ ŞİKAYƏT, Fotolar

Baxış sayı:
629

Qobustan rayonu, Xilmilli kənd sakini Osmanova Xatın İsmayıl qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Şamaxı ryon Çuxuryurd  Bələdiyyəsi sədrinin qanunzidd  əməlləri ilə bağlı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli Prezident!

Bildirmək istəyirəm ki, mən ailəmlə Qobustan rayonun Xilmilli kəndində yaşayıram. Ailəmizə islahat vaxtı verilmiş 12.38 ha pay torpağımda qanunsuz olaraq maşın yolu salınmışdır. Bu yolu Soltanpaşa Məlikov Əziz oğlu özbaşna olaraq özünə məxsus 500 ha taxıl sahəsinə gediş-gəliş üçün salmışdır.
Məlikov S.Ə. əslən Şamaxının Peyvənd Təklə kəndindəndir. Deyilənə görə, Şamaxının çuxuryurd kəndində Bələdiyyə sədri, qardaşı Məlikov isə Şamaxı RPŞ-də baş müstəntiq işləyir. Soltanpaşa hətta bizim bizim torpağın yanında özünə yaratdığı bu 500 ha sahəni də (mənim kimilərdən hərəsindən 2-3 ha zorla zəbt etməklə, bəzi sahələri isə su qiymətinə almaqla) özünə fermer təsərrüfatı yaratmışdır. 20 ildir ki, mənim zəbt etdiyi 2 ha torpaq sahəmi geri qaytarmır, qanunsuz istifadə edir. Və üstəlik taxıl əkdiyim sahənin düz ortasından fermer təsrrüfatına yol salmış və 0.25 ha taxıl ərazimi məhv etmişdir.
Bu adam özünü “Hacı” adlandırır. Bu adam Bələdiyyə sədri işlədikdən sonra Çuxuryurdda bayük dərimanı, yanacaqdoldurma məntəqəsi və çoxsaylı obyektləri vardır. S.Məlikov bizimlə danışıqda qeyd edir ki, mənim pulum və imkanlarım genişdir, heç kəsdən də qorxmuram, yaxşı edib yol açmışam. Yerli rəsmi nümayəndələr də, polis də şikayətimiz üzrə faktı təsdiq edirlər, lakin heç bir tədbir görmürlər.
Cənab Prezident!
Sizdən xahiş edirəm ki, bələdiyyə sədri olduqdan sonra pullarının sayını bilməyən və bizi kimi kasıb insanların əlindən torpaqlarımızı qanunsuz alıb istifadə edən və hələ bu azmış kimi dolanacaq üçün ümid etdiyimiz taxıl sahəsinin də bir hissəsini məhv edərək, özünə qanunsuz yol salmış özünü Hacı elan edən Məlikov Soltanpaşanın bizim rayonumuzda və kəndimizdə  törətdiyi qanunpozuntularının qarşısının alınması üçün göstəriş verəsiniz”.


Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.