​Biznesmen icra başçısının “yaşıl soyqırım” əməliyyatı – XƏTAİDƏ KİÇİK PARKLAR DA MƏHV EDİLİR...

Ağsunun icra başçısı Ənvər Seyidəliyev və Sumqayıtın başçısı Zakir Fərəcov da medianın diqqət mərkəzindədir!

Baxış sayı:
15452

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Ötən həftə - 16-23 iyul 2018-ci ildə mətbuatda adı ən çox hallanan icra hakimiyyətin başçıları arasında 1-ci yeri “Biznesdən vəzifəyə gedən yol - Azərbaycanın “biznesmen” məmurları”, ““İcra başçısı üçün başqa satacaq yer yoxdurmu?” – Xətai sakinlərindən kiçik parkda tikinti aparılmasına etiraz”, “İcra başçısının prezidentin XƏBƏRDARLIĞINDAN xəbəri yoxdurmu? - ETİRAZ”, “"Azərsu" suyu kəsib yaşıllıqları məhv edir: "İstəyirlər ki, ərazini satıb pul qazansınlar"” başlıqlı 4 məqalənin 12 saytda yayılması ilə Bakı şəhər Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov tutur. Hesabat dövründə elektron KİV-də adı ən çox hallanan icra başçıları arasında 2-ci yeri “Ağsunu qara günə qoyan icra başçısı ilə Səlim Müslümovun cinayət dosyesi - Video”, “İcra başçısı jurnalisti həbs etdirmək istəyir”, “Son Dəqiqə! İşdən çıxarılacaq icra başçılarının adları... MƏLUM OLDU” başlıqlı 3 məqalənin və “SAHİBKARLAR ZAKİR FƏRƏCOVDAN ŞİKAYƏTÇİDİR – “Dedi ki, sənin nəslində bir kişi yoxdur…” + FOTOLAR”, “Sumqayıtda “yaşıl terror”lara göz yuman Mübariz Vəliyev yeni Naziri niyə saymır?” başlıqlı 2 məqalənin 6 elektron KİV-də yayılması ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev və Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov bölüşür. Nəhayət, mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 3-cü yeri isə “Son Dəqiqə! İşdən çıxarılacaq icra başçılarının adları... MƏLUM OLDU”, “İcra başçısı daha bir yaşıllıq zolağını məhv etdirir – Mehriban Əliyevaya müraciət – Fotolar”, “Nazirlik icra baçısının viran qoyduğu ərazilərdə yoxlamalara başladı” başlıqlı 3 məqalənin və “İlqar Abbasovun boğçası, İnam Kərimovun alçası…”, “Suraxanı Rayon icra başçısının müavini məndən 2000 manat istəyir”” başlıqlı 2 məqalənin 3 elektron KİV-də yayılması ilə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bölüşür. Muxalifet.az