"Bizneslə məşğul olan deputatların toxunulmazlığı ləğv olunmalıdır" - TƏKLİF

Baxış sayı:
1250

“Son dövrdə baş verən hadisələr, qalmaqallar, dövlət məmurlarının, biznesmen deputatların barələrində mətbuatda gedən yazılar, Hesablama Palatasının verdiyi hesabatlar onu deməyə əsas verir ki, təcili olaraq Milli Məclis vəzifəli şəxslərin gəlirləri və onun mənbəyi haqqında qanun qəbul etməlidir”.

Yenisabah.az xəbər verir ki, bu təşəbbüslə keçmiş YAP-çı deputat Musa Musayev çıxış edib. O, bildirib ki, bundan başqa Azərbaycanda deputatların toxunulmazlığı haqqında qanun ləğv olunmalıdır:

“Cənab prezidentin sərəncamı ilə komissiya yaradılmalı, bütün dövlət və özəl qurumların  maliyyə fəaliyyəti yoxlanılmalıdır. 

Aşkar edilmiş bütün faktlar aidiyyatı qurumlara təqdim olunmalı və aşkarlığa əməl edilməlidir.

Şəxsən mənim tanıdığım vəzifəli şəxslər var ki, vəzifəyə təyin edildikdən 5 ay sonra möhtəşəm tikintilər aparır və milyonlarla vəsait xercleyir. Bu pulu o necə qazanır? Biz mətbuatda gedən yazıları nəzərə alsaq belə qənaətə gəlmək olar ki, Azərbaycanda hamı bizneslə məşğuldur”.