“Bizim gəmilərə toxunmasanız yaxşıdır...” - TRAMPIN İRANA MƏSLƏHƏTİ

Baxış sayı:
6988

ABŞ prezidenti Donald Tramp İrana  daha bir xəbərdarlıq edib. Bu barədə Reuters məlumat yayıb. O, bildirib  ki, İran su üzərində olan heç bir Amerika gəmisinə toxunmasa yaxşıdır.

ABŞ prezidenti hesab edir ki, İran tərəfi ABŞ ilə Cəbəllütariqdə tutulan tanker barədə danışmaq istəyir, lakin dialoqa necə başlayacağını bilmir.

"İran necə başlamağı bilmir, çünki qürurlu xalqdır",- deyə, Tramp bildirib.

İyulun 1-də ABŞ-ın tələbi əsasında Suriyaya qarşı sanksiya rejimini pozmaqda şübhəli bilinərək saxlanılmış İrana məxsus “Grace 1” tankeri artıq Cəbəllütariqi tərk edib. ABŞ tankerin saxlanılması üçün məhkəmə qərarı çıxarıb və onu təqib edir.