​“Bizi Ziya Məmmədovun zülmündən qurtarın” – UCAR SAKİNLƏRİ PREZİDENTƏ MÜRACİƏT ETDİ

Ucar rayon sakinləri tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Məktub müəllifləri keçmi nəqliyyat naziri Ziya Məmmədovdan şikayət edirlər:
“Ziya Məmmədovun korrupsiya əməllərindən Azərbaycan nəqliyyatının, yollarının canı qurtarsa da, Ucar rayon camaatı hələdə bu adamın əlində aciz qalıb. Ziya Məmmədova məxsus əmlaklar həddən çoxdur. Bunlardan biri də onun himayəsində olan və yaxın qohumunun adına rəsmiləşdirilmiş Ucar Ticarət Mərkəzidir (Ucar kolxoz bazarı). Bu kolxoz bazarında 100 nəfərin ticarətlə məşğul olması nəzərdə tutlsa da, zorla, məcburiyyət qarşısında qoyularaq 800 nəfər şəxs sıxlıqda, darısqallıqda, zir-zibilin içində alverlə məşğuldur. Həttda sıxlıq o dərəcədədir ki, alıcılar bazara girib-çıxanda əziyyət çəkirlər. Bazarın yolunda daima tıxaclar var, səkilər tamam tutulub.
Ticarət yerləri satıcılara baha qiymətə icarəyə verilsə də, sənəddə qiymət göstərilmir və ya çox az qiymət yazılır ki, buna görə də vergidən külli miqdarda gəlir gizlədilir. 800 nəfərin işlədiyi bazarda cəmi 30 nəfərlə əmək müqaviləsi bağlanılmışdır. Yalnız bu 30 nəfər Dövlət Sosial Müdafiə Fonduna pul ödəyir. Buna görə çoxlu sayda insanın əmək hüquqları pozulur.
Bazarda ticarət obyektləri heç bir texniki şərtlərə əməl edilmədən, qanunsuz inşa edilib. Nəticədə ötən il bazarda baş vermiş yanğın zamanı 14 ticarət köşkü, içərisindəki satlıq əşyalarla birgə, tamamilə yanaraq külə döndü. Çünki düzgün aparılmayan tikintiyə, sıxlığa görə yanğınsöndürən maşınlar bazara girə bilmədi, yanğının qarşısı vaxtında alınmadı və nəticədə yanğın qonşu mağazalara keçməklə 14 ticarət obyekti yanaraq külə döndü. İş orasıdır ki, Ucar Yanğından Mühafizə Xidməti bu bazara bitişikdir.
"Ucar Ticarət Mərkəzi"-nin iş saatları səhər saat 07-00 radələrindən günorta saat 14-00 radələrinə kimidir ki, həmin saatlarda rayon ərazisində baş verə biləcək yanğın hadisəsinin qarşısını almaq mümkün deyil. Çünki "Ucar Ticarət Mərkəzi"-nin yaratdığı tıxaclar, sıxlıq və qanunsuz küçə alveri yaxınlıqda yerləşən Yanğından Mühafizə Xidmətinin yolunu tam olaraq kəsmişdir. Bu çox-çox təhlükəli bir haldır ki, "Ucar Ticarət Mərkəzi", daha doğrusu hegemon Ziya Məmmədov yaratmışdır.
Həmçinin "Ucar Ticarət Mərkəzi" səhər saatlarında işə başlayarkən yerləşdiyi 28 May küçəsinin avtomobil yolunda və piyada səkisində sıxlıq tıxac yaratdığı üçün yaxınlıqda yerləşən Ucar şəhəri 1 saylı tam orta məktəbin müəllimlərinin və şagirdlərinin dərsə gedib-gəlməsi çətinləşmiş, buna görə onlar çox əziyyət çəkirlər. Bu acınacaqlı mənzərəyə baxmaq belə dəhşətlidir.
"Ucar Ticarət Mərkəzi"-ndə  antisanitariya baş alıb gedir. Köhnə piştaxtalardan istifadə edilir, soyuducular, saxlama anbarları yoxdur, bazarda həddən artıq sıxlıq, darısqallıq var ki, bu da tozlanma yaratdığı üçün üstü açıq şəkildə satılan qida məhsulları insanların sağlamlıqlarına ciddi ziyan vurur. Burada zibil bazarın həyətində olan traktor qoşqusuna atılır ki, bunun da üstü açıq olduğu üçün ətrafda satılan qida məhsullarının üzərinə küləklə zibil düşür. Qida məhsulları və ət açıq soyuducu olmayan yerdə satılır. Ət satılan yerdə küçə itləri gəzir. İtlər hətta ət kötüyünün üzərinə belə çıxırlar.
Bazarda antisanitariya vəziyyəti günbəgün pisləşsə də, heç bir tədbir görülmür. Çünki bazarın Ziya Məmmədov kimi himayədarı var.
“Ucar Ticarət Mərkəzi”nin rəhbərliyi vətəndaşların savadsızlığından sui-istifadə edərək, işlətmək üçün ticarət köşkləri və ya maqazinləri icarəyə verən zaman onlardan depozit adı ilə külli miqdarda pul alıb mənimsəyirlər. Hətta sahibkarlıq fəaliyyətini dayandıran vətəndaşlar həmin depozit adı ilə qanunsuz olaraq alınmış pullarını mərkəzin rəhbərliyindən ala bilmirlər. Bu tam cinayət əməlidir ki, "Ucar Ticarət Mərkəzi"-nin rəhbərliyi törədir. Depozit adı ilə alınan həmin pula görə heç bir sənəd tərtib edilmir, müqavilə bağlanılmır və qəbz verilmir .Ancaq gözdən pərdə asmaq üçün özlərinin dəftərlərinə qeyd edirlər”.
Məktubda qeyd olunur ki, bu Ticarət Mərkəzi Ziya Məmmədovun qohumu, Sumqayıt Gömrük İdarəsinin rəis müavini Əlinur Sarıyevin adına rəsmiləşdirilmişdir. Məlumata əsasən, Rusiyada bizneslə məşğul olan iş adamı Rahim Əliyev tərəfindən Ucar rayonunun Oğuz küçəsində böyük ərazidə müasir tipli bazar inşa edilsə də, Ziya Məmmədovun təzyiqi, hədə-qorxusu ilə üzləşdiyi üçün işlə də bilmirlər: “İş adamı Rahiməli Əliyev üzləşdiyi haqsızlığa görə Azərbaycanı tərk edib getmək məcburiyyətində qaldı. Ziya Məmmədov vəzifədən çıxarılıb zərərsizləşdirilsə də Ucar rayonunda təsir gücünə malikdir. Ziya Məmmədovun yaratdığı köhnə bazar rəzalətinə görə bütün ucarlılar - alıcılar da, satıcılarda zülm çəkir.
Biz Ucar rayon sakinləri ümüd edirik ki, Prezident cənab İlham Əliyev öz marağına görə əhaliyə zülm verən  Ziya Məmmədovun göstərdiyimiz bu qanunsuzluq əməllərini araşdırıb, təcili tədbirlər görülməsinə tapşırıq verəcək”.
Qeyd edək ki, məktubda aşağıda adları çəkilən Ucar rayon sakinləri imza atıb:
Qafarov Azər Ələsgər oğlu                                                                                                                             
Cəbrayılov Abbas Maarif oğlu
Əliyev Vüqar Sabir oğlu
Məmmədova Tamara Xəlil qızı
Umudova Solmaz Məlik qızı
Kamilov Südabə Qulam qızı
Babayev Arif  Oruc oğlu
Qasımova Səkinə Məmməd qızı
Fətəliyev Etibar Tahir oğlu
İbrahimov Vasif Gündüz oğlu
Əliyev Elçin Muxtar oğlu
Həsənov Böyükağa Aslan oğlu
Kərimova Simuzər Yaqub qızı
Gülməmmədova Validə Əlikram qızı
Soltanov Faiq Kərim oğlu
Nəbiyev İlham Lətif oğlu
Tağıyeva Sona Rafiq qızı
Mayılov Həsən Qara oğlu
Musayeva Asudə Yusif qızı
Hüseynov Elşən Sadıq oğlu  
İsmayılov Ağanur Paşa oğlu















 
Muxalifet.az
 
Redaksiyadan: Qarşı tərəfi dinləməyə hazırıq.