Biz yox, ABŞ özünə bəraət qazandırmalıdır - Aktay

Baxış sayı:
5419

Ankara Rusiyadan S-400 zenit raket kompleksləri aldığına görə Vaşinqton qarşısında özünə bəraət qazandırmamalıdır.
Muxalifet.az xəbər verir ki, bu barədə AKP sədrinin müşaviri Yasin Aktay danışıb.
“Biz həmişə müttəfiqlik münasibətləri çərçivəsində fəaliyyət göstəririk və təhlükəsizlik sahəsində müttəfiqlərimiz üçün problem yaratmırıq. Əksinə, bu cür problemləri yaradan ABŞ-dır. Onlar bizi təhdid edən terrorçularla əməkdaşlıq edirlər. Kimsə özünə bəraət qazandırmalıdırsa, bu biz deyilik, ABŞ-dır”, - Aktay bildirib.
Onun sözlərinə görə, Türkiyə heç vaxt hər hansı bir ölkə ilə münasibətlərində böhran olmasına çalışmayıb.
“Bu həmçinin bizim müttəfiq və tərəfdaşımız olan ABŞ-a da aiddir. Onlara hörmət etdiyimiz kimi, özümüzə qarşı da bunu gözləyirik. Zenit raket kompleklərinin vacibliyi barədə biz lap əvvəldən danışmışıq, bu barədə bizim özünümüdafiə hüququmuzu tanıyan NATO-nun da məlumatı var. Türkiyə “Patriot” sistemlərini almaq istədi, ancaq ABŞ buna müsbət cavab vermədi. Bu onların Türkiyəyə qarşı mənfi münasibətinin göstəricisidir. Biz bütün bunları passiv şəkildə müşahidə etməyə məcbur deyilik”, - Aktay qeyd edib.
Aktay ABŞ-ın Türkiyəyə “Patriot” satışını ləngitməsindən sonra Ankaranın digər variantları – Çin, Fransa və Rusiyanın təkliflərini dəyərləndirməyə başladığını bildirib.