​Biz Suriya hakimiyyətinə dərs verdik ki... - ABŞ generalı

Baxış sayı:
5758

Suriyaya endirilən aviazərbələr regionda strateji balansı dəyişmədi. Bu zərbələr Suriya hakimiyyətinin kimyəvi hücumuna cavab idi.
Muxalifet.az xəbər verir ki, bu sözləri amerikalı general-leytenant Kennet Makkenzi deyib.
“Kimyəvi qazla uşaq və qadınları zəhərləmənin pis praktika olması ilə bağlı Suriya hakimiyyətinə dərs verdik”, - deyə general bildirib.
Qeyd edək ki, Qərb üçlüyü (ABŞ, Fransa, Böyük Britaniya) aprelin 14-də Suriyada kimyəvi təsisatlara 100-dən raket zərbəsi endirmişdi.