​“Biz şəhid olub cənnətə düşəcəyik, onlar isə sadəcə gəbərəcəklər...”

Baxış sayı:
5164

Rusiya prezidenti Vladimir Putin nüvə müharibəsi zamanı nələrin baş verəcəyi haqda danışıb və rusiyalıların yerinin “cənnət olacağını” proqnozlaşdırıb. Muxalifet.az RİA Novosti-yə istinadən xəbər verir ki, Putin “Valday” diskussiya klubunun yığıncağında çıxışı zamanı Rusiyaya qarşı nüvə silahının tətbiq edilməsi ehtimalından bəhs edib. O deyib ki, Rusiyanın nüvə doktrinasında preventiv nüvə zərbəsi nəzərdə tutulmayıb. Ona görə də bu cür silahlar ancaq cavab zərbəsi kimi istifadə edilə bilər.
Təcavüzkar bilməlidir ki, qisas qaçılmazdır və o məhv ediləcək. Biz isə təcavüzün qurbanları olaraq şəhid kimi cənnətə düşəcəyik, ancaq onlar sadəcə olaraq gəbərəcəklər, çünki heç günahlarının bağışlanmasını xahiş etməyə vaxt tapmayacaqlar”-Putin deyib.
Rusiya prezidenti Gürcüstan və bəzi keçmiş sovet respublikalarının ərazisində ABŞ-ın məxfi laboratoriyalarında biloji silah hazırlandığı haqda iddialara da toxunub. Deyib ki, bu barədə xəbərləri eşidib və əgər Gürcüstan ərazisində genetik araşdırmaların aparılması doğrudursa bu çox təhlükəlidir.
“Deyilənə görə orada artıq heyvanlar üzərində sınaqlar aparılır. Orada itləri, siçovulları, hansı ki, onların genetik dövrü sürətlidir...artıq elə dəyişikliklər baş verir ki, ilkin simalarını kardinal şəkildə dəyişirlər. Əgər bu belədirsə deməli böyük təhdid təşkil edir. Necə mübarizə aparmaq olar-başa düşmək lazımdır ki, heç nə heç yerdən yaranmır və heç yana yoxa çıxmır. Hərəkət əks hərəkətə bərabərdir. Ona görə də əgər kimlərsə belə fəaliyyətlə məşğul olursa bilməlidir ki, başqaları da bununla məşğul olacaq”-Rusiya prezidenti deyib.