“Biz ora ordunu, sərhədçiləri yerləşdirməyə hazırıq…” – Lukaşenko

Baxış sayı:
13309

Minskdə Ukrayna KİV-i ilə görüşündə Aleksandr Lukaşenko bəyan edib ki, Belarus Respublikası Donbasa sülhməramlı missiya yerləşdirməyə və Ukrayna-Rusiya sərhədini nəzarət altına almağa hazırdır. Ancaq, «112 Ukrayna»-nın xəbər verdiyi kimi, Belarus prezidenti əlavə edib ki, bunun üçün Ukrayna və Rusiyanın müvafiq qərarı olmalıdır. «Siz, buyurun, Ukrayna bir tərəfdən və Rusiya digər tərəfdən, istəsəniz LXR, DXR rəhbərliyi ilə birlikdə – bu, artıq sizin işinizdir – bizim rolumuzu müəyyən edin. Əgər siz istərsinizsə ki, Ukrayna tərəfindən nəzarət olunmayan 400 kilometrlik Ukrayna-Rusiya sərhədini biz bağlayaq, biz bunu edərik. Baxmayaraq ki, bu, mənim üçün böyük problem (bu münaqişəyə birbaşa ordu ilə cəlb olunmaq) olar, ancaq mən demişəm, biz oraya sülhməramlıları, sərhədçiləri, ordunu – necə istəyirsiniz – yerləşdirməyə hazırıq» – Lukaşenko bəyan edib. Eyni zamanda, prezident qeyd edib ki, Belarus buna yalnız iki tərəfin – Ukrayna və Rusiyanın – razılığı ilə gedə bilər. «Biz də sərhəddə özümüzü tərəflərin – Ukrayna və Rusiyanın – razılaşdığı kimi aparacağıq. Nə Ukraynadan, nə də Rusiyadan bu məsələyə bir cavab olmadı. Mən buna görə, Poroşenkonu tez-tez qınayırdım – qulaq as, müharibə sənin ərazində gedir – bu, sənin müharibəndir. Rusiyanı günahlandırmaq olar, amma prodlemi sən özün həll etməlisən…»