​Biz onları ölkələrinə geri göndərməliyik - Alman nazir

Baxış sayı:
247

Almaniyanın Daxili İşlər naziri Horst Zeyehofer ölkə əyalətlərinin və federasiyanın daxili işlər nazirlərinin bu ayın sonunda Maqdeburqda keçiriləcək konfransının mövzularını açıqlayıb.
Muxalifet.az xəbər verir ki, Almaniyada ağır cinayətlər törətmiş və milli təhlükəsizliyə təhdid yaradan qaçqınların Suriyaya deportasiyası məsələsi həmin mövzulardan biridir. Nazir bu gün jurnalistlərlə söhbətində deyib: “Bu məsələ nazirlikdə ciddi öyrənilir”.
Xatırladaq ki, qaçqınların Suriyaya qaytarılmasına müvəqqəti qadağanın müddəti bu ilin sonunda bitir.
Bavariyanın daxili işlər naziri Yoahim Herrman deyib: “Amansız zorakılıq, ağır bədən xəsarətlərinin yetirilməsi və zorlama halları olarsa, vəziyyət imkan verən kimi, biz miqrantları Suriyaya da göndərməliyik. Kim ki, belə əməllərlə məşğul olur, Almaniyada müdafiə olunmağa və yardım almağa ciddi ümid bəsləməməlidir”.