“Biz müstəqilliyimizi elan edəcəyik” – Tarix verildi

İspaniyanın şərqindəki Kataloniya Muxtar Hökumətinin başçısı Carles Puçdemont tək tərəfli müstəqillik bəyannaməsindən geri çəkilməyəcəyini söyləyib.
 
Müxalifət.az xarici KİV-ə istinadən bildirir ki, bu haqda Kataloniya hökümətinin başçısı Puçdemont TV3-də danışərkən deyib.
Puçdemont Kataloniyada TV3 ilə verdiyi müsahibədə, "Biz onu birtərəfli müstəqillik bəyannaməsi adlandırmırıq, ona müstəqillik elan deyirik. Bu, qanunvericilikdə var və biz onu həyata keçirəcəyik”.
Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilmiş referendumu nəzərdə tutaraq onun nəticələri haqda danışan Puçdemont, "referendum nəticəsi bəlli olandan 48 saat sonra müstəqillik elan ediləcək" deyib.
Müxalifət.az