“Biz küçədə gecələyirdik ki, Paşinyan...” - Ermənilər aksiya keçirir

Baxış sayı:
1280

Ermənistanın Ararat şəhərinin sakinləri bu gün hökumət binasının önündə etiraz aksiyası keçirib.

Ermənistan mediası xəbər verir ki, aksiya iştirakçıları nəqliyyat və su problemlərinin həll edilməsini tələb edirlər.

Aksiya iştirakçısı Tatevik Avetisyan butulkada gətirdiyi suyun ekspertiza edilməsini istəyib: “Yoxlayın görün bu suyu içmək olar, ya yox. Əgər hökumət üzvləri, bütün məmurlar, deputatlar və onların uşaqları bu suyu içə biləcəksə, onda mənim övladım və digər uşaqlar da içəcək”.

Avetisyan deyib ki, hər şeyin yaxşı olacağı ümidi ilə Nikol Paşinyanı seçdilər, lakin hər şey başqa cür oldu.

“Mən uşaqlarımı küçələrə çıxardım, biz küçədə ona görə gecələyirdik ki, o, hakimiyyətə gəlsin və biz yaxşı yaşayaq. Amma bu gün mən yaxşı heç nə görmürəm”, - o deyib./Publika.az