“Biz hücum edən 2 ordu arasında qala bilmərik" - ABŞ DAHA MİN NƏFƏR ƏSGƏRİNİ SURİYADAN ÇIXARIR

Baxış sayı:
1891

ABŞ Suriyadan təxminən minə yaxın hərbi qulluqçusunu çıxaracaq. Bu barədə Pentaqon lideri Mark Esper danışıb. Onun sözlərinə görə, burada söhbət qoşunların şüurlu şəkildə çıxarılmasından gedir. “Biz hücum edən 2 ordu arasında qala bilmərik. Bu dəhşətli vəziyyətdir, biz həmin vəziyyətə düşməməliyik. Son 24 saatda öyrəndik ki, Türkiyə hücumları planlaşdırıldığı kimi qərbə deyil, cənub istiqamətində genişləndirəcək”, - Esper bildirib.