"BİZ HƏR YERDƏ İRƏLİ GEDİRİK..." - Tramp seçkidə qalib gəldiyinə əmindir

Baxış sayı:
2462

ABŞ prezidenti Donald Tramp bildirib ki, Respublikaçılar Partiyası seçkilərdə Florida da daxil olmaqla, bəzi ştatlarda əminliklə irəli gedir.

Bu barədə xarici mətbuat xəbər verir.

"Mən eşitdim ki, biz Floridada, Arizonada, inanılmaz dərəcədə Texasda (irəli gedirik-red)”, - Virciniyada respublikaçıların seçki qərargahının əməkdaşları qarşısında çıxış edən Tramp deyib.

"Eşitdim ki, biz hər yerdə irəli gedirik, bu əladır", - Birləşmiş Ştatlar rəhbəri əlavə edib.

Ağ Ev rəhbəri seçki qərargahına baş çəkərkən həmçinin ABŞ vətəndaşlarını partiyalararası çəkişmələrin öhdəsindən gəlməyə də çağırıb.