"Biz hökumətə deyil, Allaha sitayiş edirik" - TRAMP

 ABŞ Prezidenti Donald Trump ilk dəfə bir universitetin buraxılış mərasimində iştirak edib.
Muxalifet.az xəbər verir ki, dünyanın ən böyük xristian universiteti olan Liberty Universitetində prezident Trump maraqlı çıxışı ilə yadda qalıb. Tramp  ABŞ-ın hər zaman üçün yuxuların və inanclı insanların diyarı olduğunu deyib. Ardınca prezident Trump bildirib ki, "Qurucularımız Müstəqillik Bəyannaməsini qələmə alarkən yaradanımızdan 4 dəfə bəhs edib: “Çünki biz Amerikada hökumətə deyil,Tanrıya sitayiş edirik".