“Biz hamımız bir vaxtlar bir ailəydik" - Azərbaycan Rusiyanın nəzarətinə sürüklənir

Baxış sayı:
11695

Azərbaycanın KTMT-də müşahidəçi statusunu əldə etməsinə dair qərar, hansı ki, Rusiya Baş nazirinin müavini Yuri Borisov tərəfindən əvvəllər istisna edilməyib, təşkilatın bütün iştirakçı ölkələrinin razılığı ilə qəbul olunmalıdır.

“İnterfaks” bildirir ki, bunu KTMT-nin Baş katibi vəzifəsini icra edən Valeri Semerikov deyib.

“Gəlin KTMT-də qəbul olunan normativ-hüquqi bazaya əsaslanaq. Xüsusilə üzvlük, müşahidəçilik, tərəfdaşlığa dair bütün qərarlar konsensus yolu ilə qəbul edilir. Əgər bir üzv dövlət razılıq verməsə, təbii ki, qərar qəbul edilməyəcək”, - deyə Semerikov Yerevanda jurnalistlərin Azərbaycanın KTMT-nin müşahidəçi və ya tərəfdaşı statusunu əldə etməsi imkanına dair sualına cavabında bildirib.

Semerikov qeyd edib ki, Rusiya Baş nazirinin müavini Borisov bu cür imkanı “bizim qapılarımız heç kəsin üzünə qapalı deyil” nöqteyi-nəzərinə əsaslanaraq istisna etməyib.

“İstənilən dövlət üzv, müşahidəçi, tərəfdaş olmaq arzusunu ifadə edə bilər, lakin normativ sənədlərdə əks olunan müəyyən məhdudiyyətlər var”, - deyə Semerikov vurğulayıb.

Qeyd edək ki, bu gün Rusiya Baş nazirinin müavini Yuri Borisov Azərbaycanın KTMT-də müşahidəçi statusu almasının mümkünlüyünü istisna etməmişdi.

"Bu təkcə Azərbaycana aid deyil. KTMT həmişə keçmiş SSRİ respublikaları ilə əməkdaşlığı məmnuniyyətlə qarşılayacaq. Biz hamımız bir vaxtlar bir ailəydik", - deyə Borisov vurğulamışdı./virtualaz.org