«Biz, gerçək Avropa ordusu yaratmadan…» – Makron Aİ-a çağırış etdi

Baxış sayı:
9931

Muxalifet.az xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransanın Prezidenti Emmanuel Makron «Europe 1» radiostansiyasının efirindən bəyan edib ki, Avropa Rusiyadan, Çindən və hətta Amerika Birləşmiş Ştatlarından müdafiə olunmalıdır.
Onun sözlərinə görə, bu gün Avropa İttifaqı daha tez-tez daxili siyasi proseslərə – o cümlədən, kiberməkanda – qarışmaq cəhdləri ilə qarşılaşır.
Bu çağırışlardan qorunmaq üçün Makron Avropaya Vaşinqtonun müdaxiləsindən kənar fəaliyyət göstərəcək ümumi-vahid ordu yaratmağı təklif edib.
«Biz, gerçək Avropa ordusu yaratmadan, avropalıları qoruya bilməyəcəyik. Bizdə özünü qoruya biləcək, əsasən də müstəqil, ABŞ-sız Avropa olmalıdır» – deyə, Fransa Prezidenti bəyan edib.
ABŞ-ın siyasətindən danışarkən, Makron qeyd edib ki, Donald Trampın Rusiya ilə bağlanmış orta və yaxın mənzilli raketlərin ləğvi müqaviləsindən (OYMRLM) çıxması Avropanın təhlükəsizliyini təhdid altına alır.
«Bu gün biz, bizim kiberməkanımıza və demokratik həyatımıza artan müdaxilələri görürük. Biz, müdafiə olunmalıyıq. Çindən, Rusiyadan və hətta Birləşmiş Ştatlardan» – deyə, Makron fikrini tamamlayıb.