Bizə din lazımdırmı? – MƏMMƏDXAN ƏZİZXANLIDAN QALMAQALLI YAZI

Baxış sayı:
7948

İnsanlığı  geri  salan  səhv  düşüncədir, səhv düşüncə qədər ziyanlı  heç  nə  yoxdur.
Mənə din  lazımdırmı? Yoox! Niyə? Çünki ehtiyac duymuram,  həyatımda onun yeri yoxdur, yerini  görmürəm,  din mənimçün   düşüncələrin ən pisi, çıxdaşıdır...
Axı, bir vaxtlar...
Hə, o  bir  vaxtlar  idi  ki, kənddə, dindar ailəsində olduğum  üçün  dinə  inanmışam,  hələ  məktəbə  gedənədək namaz da  qılmışam,  ana  babam  Əli  kişi molla olub və bu yaxınlaradək  bütün dini qaydaları gözləməyə çalışmışam... İndi artıq o vaxtlar  deyil, çünki, mən gec də olsa öz dilimizdə İncili yarıyacan, Quranı isə tam oxuduqdan sonra azca qabaq dediyim fikrə gəlmişəm.
Bəs niyə İncili yarıya qədər?...
Düzü, qırıq-qırıq, əlaqəsiz, boş, məzmunsuz fikirlər toplusu, nağılvari söz yığınını ancaq bu qədər oxuya bildim, içində nə  qədər məna axtardımsa da tapa bilmədim, vaxtımın boşuna  getməsinə heyfim gəldi, bezdim,  axıracan  səbrim  çatmadı. Yeri  gəlmişkən,  nə  qədər  gülünc  və  cəfəng  olmasına  baxmayaraq,  özlərinə  alim  deyən din əzbərçiləri, içindən heç  bir  dəyərli  məna  çıxmayan  bu bəsitliyi, dayazlığı,  geriliyi,  ziddiyyətləri, məntiqsizliyi dələduzcasına, “Allahın  dərk  olunası  mümkün  olmayan  dərin hikməti” kimi yozur, bu mənasızlıqlara  korkoranə, sorğulamadan, sadəcə inanılmasının zəruriliyini  tələb  edirlər. Bəri başdan deyim ki, daha soruşmayasız: - hər  ikisi, Allah  adından, arxaik  və  çox  aşağı  səviyyəli, toplumun  avam  kəsiminə hesablanmış insan uydurmasının, cənnət  və  cəhənnəmlə süslənmiş özəl  variantlarından başqa bir şey deyildir,  yəni klassik yalançılıqdır...

Mənim üçün dinsiz  yaşamaq, gərəksiz əlavə yüklərdən, bilim  (elmi) əsassız, mənim, ailəmin,  xalqımın  əxlaqına,  açunlu  (dünyəvi) düşüncəsinə yad və  bütün  insanlığa  gərəksiz  saydığım, qəsbkar  ərəbin (biz qılınc  müsəlmanıyıq), sonradan  farsın (özəlləşdirdiyi İslam pərdəsiylə farsçılığı qoruyan, başqa  xalqları  farslaşdırmaqla  yayan, millətlərin birliyini,  o  cümlədən  İslamı  parçalayan şiəlik məzhəbi) uydurduqlarından,  lüzumsuz  vaxt  itkisindən azad  olmaqla  daha  asandır,  rahatdır  və  heç  bir  ziyanı  da  yoxdur. 

Dinsiz  yaşamaq bizə faydalı dünyəvi biliklərlə yaşamaq imkanı  vermək, deməkdir.  Dünyəvi biliklərə insan yaradıcılığının bütün  alanları (sahələri) aiddir.  Məsələn, peşə  və sənətkarlıq, sənaye,  texnologiya, adət, ənənə, folklor,  ədəbiyyat,  musiqi,  heykəltaraşlıq,  teatr, opera, balet, idman,  dəqiq  bilimlər,  ictimai  bilimlər  və  bundan  sonra  yaradılacaq  insan  yaradıcılığının  yeni  alanları...
İslam  dinində  mükafat  kimi,  yalnız seks nəzərdə tutulur.  Görünür,  o  zamankı  ərəblər  bilgisiz, əxlaqı  pis  durumda, yarımvəhşi  olduqlarından  seksdən,  eyş-işrətdən  başqa  məşğuliyyət, həzz  alma, faydalanma  üsullarını bilməmişlər.  Elə  ona  görə  də  Quranda,  müsəlmana, maddi imkanı çatınca  çoxlu  arvad  almaq,  hərbi  qənimət  kölə  qadınları  saysız  hesabda  cariyə  kimi,  yəni  seks  obyekti  kimi  saxlamaq,  almaq,  satmaq,  dəyişmək  hüququ  tanınır,  cənnətdə  isə əl  dəyilməmiş  balaca  zövcələr “sinələri  düyünlənmiş  yaşıd  qızlar”ı hədsiz  sayda, bakirə huri kimi əbədi  olaraq seks üçün  istifadə  etmək, Allahın  qənimət  dolu dərgahı (ambarı) hesabına istədiyin hər cür yemək, içmək,  meyvələr,  bulaqlar, “...çirkab  götürməyən  sulu  çaylar,  dadı  dəyişməyən  südlü  çaylar,  içənlərə  ləzzət  verən  şərab  çayları,  təmiz  bal  çayları” (axırlar orda.”) (Quran,Muhamməd,15.), başı  ağrıtmayan,  “ağzı  bağlı  qablarda  gətirilən  saf şərabdan  içizdirərlər onlara.  İçib  qurtarana  yaxın  müşk  qoxusu  gələr  o  içkidən”(Mutaffifin,18-28.) və sair bu kimi, dalı  boş,  yəni,  əfsanə  şeylər vəd olunur. (Quran, Baqara, 25, Nisə,122, Hicr,45, Kəhf,107-108, Hacc,14,23, Ankəbut,58, Fatır,33, Saffət,41-60, Sad,50-54, Tur,23-25, Rəhman,46-78, Vaqia,10-40, İnsən,5-22, Nəbə,31-36).

Quran,  başdan  sonadək cənnətdəki  vədlərin  kişilərin  xidmətində  olduğunu  bildirdiyi  halda, mömin  qadınların,  hansı  keyfiyyətdə  istifadə  olunacağı bildirilmir... Onlara  xidmətin  hansı  formada,  necə,  kimlər  tərəfindən  göstəriləcəyi  yoxdur. Ancaq  bu  dünyadakı ərlərimi  onlarla  seks  yapacaq,  ərləri  cəhənnəmə  düşsə necə  olacaq,  hər  biri  normada neçə  kişi  istəyə  biləcək,  yaxud,  qadınlaradamı,  eynən  kişilərə  vəd  olunan  kimi,  istədikləri  qədər  kişi  veriləcək... Eynən  ərəblərdəki  kimi  kişilər  qadınlarını (hurilərini - istifadə  olunmalarına  baxmayaraq, cənnətin daim  bakirə  qalan dəstək (yeniyetmə)  qızları),  qadınlarsa,  kişilərini (qılmanlarını - cənnətin  daimi  potensiyalı cavan  oğlan  xidmətçilərini) bir-birilərilə  dəyişə  biləcəkmi... Qadınlara da  kişilər  kimi  yeyib  içmək,  şərab,  eyş,  işrət  veriləcək?!

(Ardı var)

Məmmədxan  Əzizxanlı, 
10.03.2019
Redaksiyadan: Yazıda qeyd olunanlar müəllifin şəxsi fikirləridir.