Bizə din lazımdırmı? – MƏMMƏDXAN ƏZİZXANLIDAN QALMAQALLI YAZI / ll Hissə

Baxış sayı:
13774

Əvvəli bu linkdə: Bizə din lazımdırmı? – MƏMMƏDXAN ƏZİZXANLIDAN QALMAQALLI YAZI Öz ailə namusunun, yəni, anasının, bacısının, qadınının və s. başqasının hurisi (oxu, siğəsi, məşuqəsi, aşnası) kimi istifadə olunmasına hansı kişi, hansı əxlaqla, hansı qeyrətlə razı ola bilər?! Cənnətdə insan əxlaqı işləməyəcəksə, insani baxımdan əxlaqsızlıqmı olacaq?! Kişilər, öz hurilərinin, qadınlarsa öz qılmanlarının kimliyini tanıya biləcəklərmi? Tanıya biləcəklərsə, onda öz sağlıqlarında yaşadıqları yaxşı, pis münasibətlər də oraya daşınacaqmı? Yox, tanıya bilməyəcəklərsə, onda eynən ərəblər kimi öz doğmaları ilə seks yapma ehtimalı yaranır... Bunu necə qəbul etmək olar, belə hallarda, yəqin ki, əxlaqlı kişi və qadınların cənnətdən imtina halları da olacaq... Bəs onda cənnəti istəməyən (Quranda, cənnətə məcburi göndərilmə halları nəzərdə tutulmayıb), cəhənnəmə isə düşməyənlər çöldəmi, qayğısızmı qalacaq?! Bu ki, ədalətsizlik olardı, çünki, bunlar ömrünün bir hissəsini dinə həsr edən möminlərdir, axı. Yaxud, Allahın özünün yaratdığı, bir-birilə seks yapan eyni (eşit) cinslilərin o dünyadakı taleyi necə olacaq? Onların belə yaranması Qurana görə sözsüz ki, Allahın istəyi ilə olub, onlar cənnətəmi, yoxsa cəhənnəmə düşəcəklər? Cənnətə kimsə etiraz etməz, ancaq cəhənnəmə düşsələr... Niyə? Bu eşcinslilərin müsəlman möminləri də var. Onlar necə olacaqlar, onlarla da kafir eşcinslilər kimi, yoxsa fərqli davranılacaq, fərqli davranılacaqsa, necə? Məncə, Allah, böyük əksəriyyətin əxlaqsız saydığı bu eşcinsliləri niyə belə keyfiyyətdə - hamı kimi yaratmadığına, orta cinsdə-anormal yaratdığına izahat verməlidir. Quranda bu məsələ var (Quran,Əraf,81,Qəmər,36), ancaq buna izahat yoxdur, onlar ki, özləri özlərini belə yaratmamışlar. Onları da Allah yaradıb. Yox əgər, bunları Allah belə yaratmayıbsa, deməli, insan özü özünü istədiyi kimi yarada bilir, deməli insan özü Allah iradəsindən kənar yaradıcı qüvvədir, deyilmi? (Bu, nəsə çəp sual oldu, ona görə də hesab deyil, yəni küfr sayıldığından protokoldan çıxarılır...) Bilimə görə, bu cür olmaları onların (eşcinslilərin) dölünün necə mayalanmasından, erkək və dişi hormonların döldə iştirak nisbətindən irəli gəlir. Deməli, bu cür davranışları da onların təbii ehtiyaclarından doğur, deyilmi? Belə olan halda, onları eşcinsiliyə görə necə qınamaq, təqsirləndirmək, aşağılamaq, məsuliyyətə cəlb etmək olar... Axı, onların bu cür formalaşması öz iradələrindən asılı deyil, onları törədən olayların, faktların necə oluşmasından asılıdır? Məncə, onlar ya öz istəklərilə müalicə olunub, böyük əksəriyyətin durumuna gətirilməli, ya da doğal haqları olduğu keyfiyyətdə tanınmalıdır. Çünki başqa cür ədalətsizlik olardı. Ümumiyyətlə, Qiyamətdən sonra Quranda iki obyekt göstərilir, möminlərçün cənnət və kafirlərçün cəhənnəm, üçüncüsü göstərilmir... Baxıram, bu işlərdə çox boşluq, qarışıqlıq var... Odur ki, bu məsələlərdə boşluqları, anlaşılmazlıqları aradan qaldırmaq üçün Qurana əlavələr edilməsi zərurəti yaranır (əlavəsə, etmək olmaz, çünki, müqəddəs sayılan kitablarda yazılan bir ehkamdır, dəyişilməz), yoxsa, ümmətin tən yarısı çöldə, qayğısız, anlaşılmaz halda qala bilər. Nə qədər gec deyil, bu məsələlər həll edilməlidir, yoxsa Qiyamət gecikə, bu isə daha pis – qrafik pozula bilər. Buna isə yol vermək olmaz. Çünki hər şey öncədən alına yazıldığı vaxtda baş verməli və hamı nəzarət altında olmalıdır. Nəsimi filmində Teymurləng Nəsimiyə dediyi kimi – “Allah xofundan qorxmayan, qorxusuz insan (oxu, nəzarətdən qıraqda qalan) qudurmuş itdir”. Daha bir vacib məsələ. O dünyada (cənnət və cəhənnəmdə) idarəçilik hansı formada (diktaturamı, demokratiyamı), hansı rejimdə (ümumimi, ciddimi, xüsusimi, qapalımı, liberalmı) olacaq, bilinmir. Çünki Quranda bu məsələ də yoxdur. Amma bircə bunu soran yoxdur ki, axı, insan axirətdə ruh şəklində olacaqsa, onda bu vəd olunanlardan necə yararlana biləcək? Bunların ki, ləzzət almağa bədəni, siniri, duyğusu, hissiyyatı, ağlı olmayacaq... Yox, əgər hamı bizi kimi canlı olacaqsa, onda cənnətdəki saysız-hesabsız (bəlkə, qiyamətədək trilyonlar qədər oldu) adamın biş-düşünü, yeyib-içməyini, seks xidmətlərini, cəhənnəmdəkilərin cəzalandırılmasını çatdırmaq üçün daha bir dünyalıq xidmətçi, cəza texnikası, təchizatçı, nəzarətçi lazım olacaq... Bu xidmət kontingenti hansılardan komplekləşdiriləcək, möminlərdənmi, yoxsa kafırlərdənmi... Bunların hansıları, harada olacaq, xidmətçilər mükafatlarını necə alacaq, yaxud, cəzalarını necə çəkəcəklər? Soruram, axirətdə iki dünyalıq trilyonlarla (bəlkə, ondan da çox) adam niyə əbədi olaraq saxlanılacaq? Hər yaxşı əmələ həddi olan bir mükafat verildiyi kimi, pis əmələ görə də verilən cəzanın bir həddi niyə olmalı deyil? Bunun mənası nədir, mənasızlıqmı?!... Bu dünyada, yəni Yer planetində insana heç nəyi havayı verməyən, yaşamını, yalnız öz ümüdinə buraxan, imtahan adıyla qədərsiz çətinliklərə, zülmlərə, ölümə calayan Allah, xeyr ola, axirətdə bu qədər günahlı, günahsız adamı əbədi olaraq, müftə bəsləsin? Belə çıxır ki, Qiyamətdən sonra Allahın işi, gücü əbədi olaraq, ancaq cənnətdəkilərin keyf, cəhənnəmdəkilərinsə cəza qayğılarını çəkmək olacaq, deyilmi? Axı, burada məqsəd nədir, məntiq hanı? Ya da Allah, özünün bilərəkdən səhvə, yaxud düzə caladığı insanlara bu lüzumsuz, gərəksiz qayğıları əbədi olaraq çəkirsə, burada da bir məntiq olmalıdır... Ancaq, yox, məqsəd var. Məqsəd, din dələduzlarının fani saydıqları bu dünyada insanları Allah adından öz faydalarına itaətə gətirmək, ciblərini soymaqla parazitcəsinə, keyflə yaşamaqdır, vəssəlam, başqa heç nə. Necə ki, xristianlıq adından Vatikan deyir: “pokayaniye i iskupleniye”(Yevronyüs rusca, 21.02.2019). Yəni qeyd olunmayan (?!) günahlarının bağışlanmasını peşimançılıqla xahiş et və günahlarını satın al. Başqa sözlə, kilisəyə pul ödə ki, olmayan günahların bağışlansın (Allaha rüşvət), yoxsa, cəhənnəm dərgaında əbədi əzab çəkəcəksən... Burada, salavat yerinə bir sual çıxır: - Görəsən, din adıyla ianə, nəzir verənlərdən də avam və insanlıq düşmanı olan adam varmı?... Məsələn, Türkiyə Diyanet Vəqfinin hesabında yığılan 8.4 milyard dollar ianə kimə, nəyə və nə üçün xərclənir və ya niyə millətin möhtaclarına, ehtiyacına, bilim oxumasına xərclənmir, soran varmı? Yoxdur, cahillikdə sorğu yasaq. Özlərinə sərf eləyənlər deyib: sol əlin çırpışdırdığını, sağ əl bilməməlidir. Yoxsa, bütün aləm bilər, Allahın yerdəki nümayəndələri sorğulanar və nəticədə yenə Qiyamət gününün gəlməsinin qeyri-müəyyən qrafiki pozular, qəti olmaz! Bizimkindən heç bir soraq yoxdur. Çünki yurdda bir qəbristanlıq sükutunu “Necə görmüşdüsə Nuh, öyləcədir” (Böyük kişi şair, M.Ə.Sabir). Sadəcə, hələ keçən əsrin 70-80-ci illərindən Bakıda bağ evi, Cildə 38 pəncərəlik ikimərtəbəli balaca bir ev, Montində balaca bir saray, son vaxtların ara sözlərinə görə, kafirlər ölkəsi Çexiyada (Lerik çexləri yox) milyonluq namaz otağı, İspaniyada şərab kampanionu, məscidlərdəki, müqəddəs elan olunmuş obyektlərdəki, yeni qayrılan imamzadələr və pirlərdəki nəzir qutuları, yas mərasimi sarayları və evləri, hə bir də bir neçə alver, yəni, biznes sahələrinin manapoliyası və sair bu kimi xırda şeylər... Yenə də şəffaflıq olmayan yerlərdəki ara sözlərə görə, təkcə Bibiheybət məscidinin xalis yığımı 2013-cü ilin birinci devalvasiyasınadək aylıq 400 min manat olub... (Ardı var) Məmmədxan ƏZİZXANLI