Biz bunu ABŞ-a sübut etdik, özləri də bilir - Türkiyə

Baxış sayı:
7381

PKK-nın PYD/YPG ilə əlaqəsi yalnız bizim tərəfimizdən deyil, ABŞ-da bir çox şəxs və qurum tərəfindən deyilib.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə XİN sözçüsü Hami Aksoy çıxış edib.
ABŞ-ın Ankaradakı keçmiş səfiri Ceyms Cefrinin 16 fevralda dərc olunan məqaləsində PKK-nın PYD ilə əlaqəsinin inkaredilməz olduğunu, MKİ-nin "Vorld Faktbuk" yayımında da PKK/PYD əlaqəsindən bəhs edildiyini deyən Aksoy sözügedən əlaqənin Ankara tərəfindən ABŞ-a sübuta yetirildiyini və onların özlərinin də bunu bildiyini vurğulayıb.