​Biz bunları edirik, Rusiya da dəstəkləsə... - NATO-dan çağırış

Baxış sayı:
5599

NATO Rusiya və İranın Əfqanıstan probleminin həllində konstruktiv rol oynayacağına ümid edir.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib.
“Biz Əfqanıstan təhlükəsizlik qüvvələrinin hazırlığına yardım edirik. Biz taliblərə onların döyüş meydanında qələbə qazanmayacaqlarına və buna görə də danışıqlar masasına oturmalarına dair açıq siqnal veririk. Ümid edirik ki, regionun bütün ölkələri, o cümlədən Rusiya və İran Əfqanıstandakı sülh prosesini dəstəkləyəcəklər”, – deyə o bildirib.