Biz bundan nə üçün imtina etməliyik? - Ərdoğan

Baxış sayı:
10687

NATO ABŞ-dan fərqli olaraq, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasının əleyhinə deyil.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Burdur şəhərində vətəndaşlar qarşısında çıxış edərkən bildirib.
“ABŞ bizi hər zaman dilə tutur ki, S-400-dən vaz keçin. Biz nə üçün imtina etməliyik? Siz Türkiyəyə zenit-raket kompleksləri satılmasında heç bir addım atmamısınız. Bizim isə müxtəlif sistemlərdən istifadə etmək haqqımız var. NATO-dan aydın şəkildə söylədilər ki, bu, onlar üçün hər hansı problem yaratmayacaq. NATO üzvü olan Yunanıstanda illərdir ki, S-400 var, amma siz ona heç nə demirsiniz”, - Ərdoğan deyib.