​“Biz böyük Qırmızı dalğanı alacağıq!” – İRAN VƏ ÇİN TRAMPIN HƏDƏFİNDƏ

Baxış sayı:
8323

ABŞ prezidenti Donald Tramp Konqresə keçiriləcək aralıq seçkilərində respublikaçıların qələbəsini təmin olunmasında kömək etmək üçün vaxt tapacağına söz verib.
Bu haqda Tramp tvitter hesabında yazıb.
“Əgər mən Çin, İran və iqtisadi mövzular arasında vaxt tapsam, biz böyük Qırmızı dalğanı alacağıq!”, - prezident qeyd edib.
Qırmızı respublikaçıları, göy isə demokratları dəstəkləyən ənənəvi ştatların rəngi hesab edilir. Prezident əmindir ki, onun dəstəyi Konqresdə respublikaçıların qələbəsini təmin edəcək.
Qeyd edək ki, noyabr ayında ABŞ Konqresinə aralıq seçkiləri keçiriləcək. Seçkilərdə Senatda 100 yerdən 33-ü, Nümayəndələr Palatasında isə 435 yerin hamısı yenilənəcək. Konqresdən başqa, həmçinin yerli hakimiyyət orqanlarına nümayəndələr seçiləcək.