"Biz avropalı olmayacağıq" - Dövlət başçısı

Biz heç vaxt avropalı olmayacağıq.
 
Bu sözləri İnquşetiya lideri Yunusbek Yevkurov RT-yə müsahibəsində deyib.
Son dövrlədə homoseksuallarla bağlı skandallara toxunan dövlət başçısı Şimali Qafqazda LGBT-nin ümumiyyətlə olmadığını bildirib:
“LGBT-nin olmadığı halda nədən bu barədə danışaq ki? Avropalılarla Şimali Qafqaz xalqları arasında kəskin mentalitet fərqləri var. LGBT-nin ta qədimlərdən bəri Avropa dəyərlərində olduğunu düşünürəm. Amma bizdə əsla belə bir şey olmadı. Bizdə sadəcə Avropa tərzi imitasiya var”.
Qeyd edək ki, Almaniya kansleri Angela Merkel Rusiya lideri Vladimir Putinlə görüşü zamanı Çeçenistana cinsi azlıqların hüquqlarının qorunması ilə bağlı narahatlığını ifadə etmişdi.