​"Biz ABŞ-dan sübut istəmədik" - YILDIRIM

11 sentyabrda biz hər hansı sübut istəmədən ABŞ-ın yanında yer aldıq.
Bunu CNN televiziyasına müsahibəsində Türkiyə Baş naziri Binəli Yıldırım söyləyib.
Jurnalistin “Türkiyənin bu çevriliş cəhdinə dair yetərincə sübutu olmadığını” deməsi Yıldırımın ona sərt cavab verməsinə səbəb olub:
“15 iyulda çevriliş cəhdi oldu. Bənzər hadisə 11 sentyabrda ABŞ-da yaşandı. Buş “ABŞ hücuma məruz qalıb” deyəndə Türkiyə ordusunu Əfqanıstana göndərməyi təklif edən ilk ölkə oldu. ABŞ bu hücumun arxasında Əl Qaidənin olduğunu dedi. Kimsə ABŞ-dan Əl Qaidənin hücumu gerçəkləşdirməsi ilə bağlı hansısa sübut istədimi?”