Bitmək bilməyən sonsuz döyüş... - Trampdan Türkiyəyə TƏHDİD

Baxış sayı:
9079

ABŞ prezidenti Donald Tramp Türkiyəni növbəti dəfə təhdid edib.

Suriyanın şimalında keçirilən “Sülh Çeşməsi” (Barış Pınarı) hərəkatından danışan prezident qaydalara əməl etməməsi halında, Türkiyəyə qarşı sanksiyaların tətbiq ediləcəyini açıqlayib.

“Türkiyə uzun müddətdir ki, kürdlərə hücum planlaşdırırdı. Onlar sonsuza qədər döyüşürdülər. Hücum bölgəsi yaxınlığında əsgərimiz yoxdur. Bitmək bilməyən sonsuz döyüşlərə son qoymağa çalışıram. Hər iki tərəflə də danışıram. Bəziləri bizim bölgəyə minlərlə əsgər göndərib ən başdan yeni bir döyüşə başlağımızı istəyir. Unutmayın, Türkiyə bir NATO üzvüdür. Digərləri "kənarda qal, qoy kürdlər bizim maliyyə yardımımızla belə olsa belə, özləri döyüşsünlər” deyir. Mən, əgər qaydalara əməl etməyəcəyi halda, Türkiyəni maliyyə baxımdan çox sərt sanksiyalarla vuraq deyirəm! Yaxından izləyirəm”, - Tramp tvitterdə yazıb.