Bitkoindən tarixi rekord: BİR GÜNƏ 500 DOLLAR ARTDI

Baxış sayı: 32

Bitkoin qiyməti rekord həddə - 5874 dollara çatıb.
Bu barədə informasiyanı “İnvesting.ru” saytı yayıb. Bitkoinin bu həddə bahalaşmasına səbəb Çində bitkoin ticarətinə izn verilməsi olub. Bu xəbərin yayılmasından dərhal sonra bitkoin bir günə 9,2%, yəni 500 dollar bahalaşıb. 
Bitkoin ilk mərkəzsizləşdirilmiş rəqəmli puldur. Bitkoinin yaranması bankların yox olması təhdidini artırır. Bunun sayəsində maliyyə əməliyyatlarını artıq banklar yox, hər kəs özü idarə etmiş olacaq. 
Bir müddət öncə Avropa Birliyi, Rusiya və Çinin bitkoinlə ticarəti məhdudlaşdırması onun dəyərini iki həftə ərzində 40% ucuzlaşdırmışdı. Beynəlxalq Valyuta Fondunun sonradan bitkoinin legitimliyini tanıması onun dəyərinin yenidən artmasına səbəb olmuşdu.