​Bişkekdə etiraz aksiyası keçirilir

Baxış sayı:
7516

Qırğızıstanın paytaxtı Bişkekdə vətəndaşlar şəhər meriyasının binası qarşısında etiraz aksiyasına başlayıb.
Muxalifet.az xəbər verir ki, etiraza səbəb Bişkek meri postuna cəmi bir namizədin irəli sürülməsidir.
Bu namizəd əvvəllər Qırğızıstan parlamentinin deputatı olmuş böyük tikinti şirkətinin rəhbəri Əziz Surakmatovdur.
Etirazçılar mer postuna alternativ namizəd tələb edərək məqsədlərinin səsvermədə vətəndaşların iştirakını təmin etmək olduğunu bildiriblər.
Qırğızıstan qanunvericiliyinə görə, meri şəhər şurasının üzvləri gizli səsvermə ilə seçir.