Birləşmiş Ərəb Əmirliyindən ÜÇLÜ ZİRVƏ AÇIQLAMASI

Baxış sayı:
4666

BƏƏ-in dövlət naziri, Ankaradakı üçlü zirvə haqqında danışıb. Nazir, Suriya üçün təşkil olunan və Ərəblərin olmadığı bir toplantının Ərəb dünyasının düşdüyü vəziyyəti göstərdiyini söyləyib.
 
Ankarada keçirilən Suriya Sammitinin əks-sədaları sürür.
Amerika və Avropada böyük bir narahatlığa səbəb olan sammitlə bağlı bir açıqlama da BƏƏ-dən gəlib.
Son dövrdə Türkiyə düşmənçiliyinin artdığı bir ölkənin dövlət naziri Ənvər bin Məhəmməd Gargaş, sammitə dair açıqlama verib.
 
ƏRƏBLƏRİN QATILMADIĞI BİR GÖRÜŞ
 
Gargaş, "Hər Hansı bir Suriya və ya Ərəb tərəfinin iştirak etməməsi ilə Suriya mövzusunda baş tutan üçlü zirvə, Ərəb dünyasının vəziyyətinin əyani göstəricisidir. Ərəblərin rolunun azalması, Ərəblərin regional oxlardan uzaq olaraq birləşməsinə, əməkdaşlıq etməsinə və ünsiyyət qurmasına bağlıdır. Hazırda cərəyan edən hadisələr, nəzərə almalı olduğumuz acı dərslər deməkdir" deyə, bildirib.

Müxalifət.az