Birləşmiş Ərəb Əmirliyindən qalmaqal “Türkiyə” açıqlaması

Baxış sayı:
6574

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Ənvər Məhəmməd Gargaş Suriyada qurulacaq təhlükəsiz bölgənin əleyhinə olduqlarını açıqlayıb.
 
Gargaş Suriyada Türkiyə tərəfindən yaradılacaq təhlükəsiz bölgəyə qarşı olduqlarını bildirərək, "BƏƏ olaraq PKK/YPG-ni dəstəkləyirik" deyib.
“Alhurra” kanalına aşıqlama verən BƏƏ xarici İşlər üzrə dövlət naziri Ənvər Məhəmməd Gargaş, ABŞ prezidenti Donald Trampın Suriyadan çəkilmə qərarından sonra yaradılması nəzərdə tutulan təhlükəsiz bölgəyə qarşı olduqlarını deyib.
 
Bir Ərəb ölkəsinin ərazisində olmasını rədd edirik
 
 K24-ün verdiyi xəbərə görə, Ərəb olmayan bir ölkənin bir Ərəb ölkəsinin ərazisində olmasını rədd edirik" deyən Ənvər Məhəmməd Gargaş, "Bu mövqeyimiz Türkiyənin İraqın şimalında yer almasına da aiddir. BƏƏ İranın da Suriya və İraqda olmasına qarşıdır" deyə bildirib.
 Terror təşkilatı YPG-nin İŞİD-a qarşı böyük itkilər verdiyini bildirən Gargaş, "YPG-ni dəstəkləyirik. YPG böyük bədəllər ödədi. Suriyanın ərazi bütövlüyü çərçivəsində YPG qorunmalıdır" deyib.
 
Kürdlərlə bağlı daha açıq addımlar atılmalıdır
 
 ABŞ və BƏƏ-nin Türkiyənin əməliyyat açıqlamalarından narahat olduğunu bildirən Gargaş, “Türkiyənin təhdidləri narahatlıq yaradır. Eyni narahatçılıqları Vaşinqton da eşidir. YPG-nin qorunmasına yönəlik daha təsirli və açıq addımlar atılmalıdır" deyib.
BƏƏ-nin Suriyadakı səfirliyini yenidən açmasına toxunan Gargaş, "Dəməşqlə əlaqələri inkişaf etdirməklə, siyasi mövqelər fərqli şeylərdir. Siyasi mövqeyimiz: Cenevrə danışıqlarını, konstitusiyanın hazırlanması üçün yaradılan komitə və Suriyada siyasi həlli dəstəkləməkdir" deyib.
Qeyd edək ki, BƏƏ-nin Dəməşq səfirliyi 2011-də Suriya münaqişəsi başlayandan sonra qapalı idi. Ərəb Birliyi də 2011-də Suriyanın üzvlüyünü təxirə almışdı.
Müxalifət.az