Birinci vitse-prezidentin toxunulmazlığı ilə bağlı qanunvericiliyə dəyişiklik edilə bilər

Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlərin toxunulmazlığı, hüquqları və digər məsələlərlə bağlı qanunvericiliyə müəyyən dəyişiklik edilə bilər.
 
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Z.Əsgərovun sözlərinə görə, hətta ola bilsin, Konstitusiyanın tələblərinə uyğun olaraq bununla bağlı ayrıca qanun da qəbul edilə bilər: “Yaxud birinci vitse-prezident və ya vitse-prezident barədə Prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunan əsasnamə də ola bilər”.