​Birinci ledi ərini postdan uzaqlaşdırıb prezident oldu

Zimbabvenin birinci ledisi Qreys Muqabe həyat yoldaşı, 91 yaşlı prezident Robert Muqabeni postundan uzaqlaşdıraraq yerinə keçib.
Virtualaz.org bildirir ki, bu barədə məlumatı "The Guardian" nəşri yayıb.
Nəşrin istinad etdiyi müxalifət partiyası liderinin sözlərinə görə, Zimbabvedə “saray çevrilişi” baş verib və nəticədə ölkədə hakimiyyət 50 yaşlı birinci ledinin əlinə keçib.
Nəşrin yazdığına görə, son aylar Qreys Muqabe ölkənin siyasi həyatında daha aktiv rol almağa başlayıb. Onun 2014-cü ilin dekabrından ölkənin hakim partiyasında mühüm postlardan birini tutduğu da bildirilir.